Avropa İttifaqı və Cənubi Koreya 100 milyard dollar həcmində saziş imzalayacaq
Yazar: azvbm @ İyul 14, 2009 21:14Məqsəd ticari-iqtisadi maneələri aradan qaldırmaqdan ibarətdir
Avropa İttifaqı (Aİ) Cənubi Koreya ilə 2009-cu ilin sonunadək ticarət məneələrinin 100 milyard dollaradək azaldılması barədə saziş imzalayacaq. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbər görə, bu barədə İsveçin baş naziri Frederik Reynfeld Cənubi Koreya Respublikasının prezidenti Li Men Bak ilə aparılan danışıqlardan sonra bildirib.
Ticarət maneələrinin azaldılması və Cənubi Koreya ilə investisiya üçün əngəllərin aradan qaldırılması istiqamətində Avropa İttifaqı ilə imzalanacaq ilk sənəd olacaq.
Xatrladaq ki, hazırda Aİ-yə İsveç Krallığı sədrlik edir.

